Teleefir
+ TV-anonslar
+ TV-proqram
+ TV-verilişlər
Sizin üçün
+ Banu
+ Cinayət məqamı
+ Hər səhər
+ Sağlamlıq
+ Sevimli şou
+ Siqnal
+ Sizin saat
+ Video-arxiv
Axtarış




İnformerlər
Gələnlərin sayı

   cəmi

   nəfər saytda

Sorğu-sual
Neçə yaşınız var?
 
10 və daha cavan
11 - 15
16 - 22
23 - 30
31 - 40
41 - 50
51 və daha yaşlı
yekun nəticə
Sayqac

iNet Rating - рейтинг интернет ресурсов Азербайджана

Рейтинг@Mail.ru

SpyLOG

Saytımıza xoş gəlmisiniz! SpaceTV


ÖLKƏ VƏ DÜNYA XƏBƏRLƏRİ - WWW.SPACETV.AZ

SpaceTV       SpaceTV

virtualkarabakh.org

                            

Əgər verilişə canlı bağlanmaq istəyirsinizsə, göndərdiyiniz sms-lərin daxilində şəhər telefon nömrələrinizi qeyd edin



6 son xəbər


Malidə silahlılar 10 uşağı girov götürüblər - spacetv 24/11/2014 ~ 04:22

xəbər

Malidə naməlum silahlı şəxslər 10 uşağı girov götürüblər.

Spacetv.az-ın BBC-yə istinadən verdiyi xəbərə görə, silahlılara müqavimət göstərməyə cəhd edən iki uşaq qətlə yetirilib.

Mali ordusunun rəsmisinin məlumatına görə, silahlılar uşaqları öz dəstələrinə, adətən, bu üsulla cəlb edirlər.

İnsident 2012-ci ildən silahlıların nəzarətində olan Kidal şəhərinin yaxınlığında baş verib.

.../...


Yaponiyada zəlzələ nəticəsində xəsarət alanların sayı 23-ə çatıb - spacetv 23/11/2014 ~ 07:32

xəbər

Yaponiyanın Naqano prefekturasında 6,8 bal gücündə baş vermiş iki güclü zəlzələ nəticəsində xəsarət alanların sayı 23-ə çatıb.

Spacetv.az-ın məlumatına görə, yaralıların əksəriyyəti Xakuba qəsəbəsinin sakinləridir. Son məlumata görə, burada 7 bina uçub, 11 nəfər xəsarət alıb. Naqano şəhərində - 8, Omati şəhərində - 2, Otari şəhərində isə 2 nəfər xəsarət alıb.

Qeyd edək ki, bu gün Naqano prefekturasında yerli vaxtla 22.08-də (Bakı vaxtı ilə 15.08-də) 6,8 bal gücündə iki zəlzələ qeydə alınıb. Yeraltı təkanların episentri prefekturanın şimalında, 10 km dərinlikdə qeydə alınıb. Hər iki zəlzələ Yaponiyanın 47 prefekturasından 27-də hiss olunub.
Sunami təhlükəsi elan olunmayıb.

.../...


ABŞ Irana qarşı tətbiq edilən sanksiyaların müddətini uzadıb - spacetv 22/11/2014 ~ 05:57

xəbər

ABŞ prezidenti Barak Obama İranın neft və neft məhsullarına qoyulmuş embarqo müddətini uzadıb.

Spacetv.az-ın APA-ya istinadən verdiyi məlumata görə, bu barədə Ağ Ev açıqlama yayıb.

Obamanın qərarında bildirilir ki, digər ölkələrin kifayət qədər neft tədarük etməsi İrandan xammal və neft məhsullarının ixracını azaltmağa imkan verir.

.../...


Azərbaycanın Liviya, Suriya və Livandakı səfirləri geri çağırılıb - spacetv 21/11/2014 ~ 07:52

xəbər

Azərbaycanın Liviya, habelə Suriya və Livandakı səfirləri geri çağırılıb.

Spacetv.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, Azərbaycan Prezidenti İlham Əliyev Ağasəlim Səmədağa oğlu Şükürovun ölkənin Liviyadakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında sərəncam imzalayıb.

Dövlət başçısının digər sərəncamına əsasən, Mahir Məmməd oğlu Əliyev Azərbaycanın Suriya və Livandakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

.../...


ATƏT-in Minsk Qrupunun həmsədrləri birgə bəyanatla çıxış ediblər - spacetv 20/11/2014 ~ 08:03

xəbər

"Biz tərəfləri helikopter vurulan ərazidə və ətrafında atəşi dayandırmağa, həmin ərazilərin minalardan təmizlənməsi prosesini asanlaşdırmağa çağırırıq".

Spacetv.az-ın APA-ya istinadən verdiyi məlumata görə, bu barədə ATƏT-in Minsk Qrupunun həmsədirləri, səfir İgor Popov ( Rusiya), Ceyms Uorlik ( ABŞ), Pyer Andriunun ( Fransa) birgə bəyanatında bildirilib. Həmsədrlər hərbi helikopterin vurulduğu əraziyə giriş imkanı olmadığına görə narahatlıqlarını ifadə ediblər. Bəyanatda qeyd edilib ki, helikopterin qalıqları "qoşunların təmas xəttində, neytral minalanmış ərazidədir".

Həmsədrlər tərəfləri atəşkəs rejiminə, həmçinin Soçi, Nyuport, Paris şəhərlərində əldə olunmuş razılıqlara riayət etməyə çağırıblar.

Qeyd edək ki, həmsədrlərin bəyanatında "qoşunların təmas xəttində, neytral minalanmış ərazi" kimi qeyd olunan ərazi Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış və hazırda Ermənistan silahlı qüvvələri tərəfindən işğal altında saxlanılan ərazisidir.

Xatırladaq ki, bu il noyabrın 12-də Ermənistan Hərbi Hava Qüvvələrinə məxsus helikopter Azərbaycanın işğal olunmuş ərazisində uçuşlar keçirməklə yanaşı, mövqelərimizə hücum edib. Azərbaycan hərbçiləri hücum cəhdinin qarşısını alaraq, helikopteri zərərsizləşdiriblər.

.../...


Putin Rusiyanın 2020-ci ilədək aqressiv rejimdə silahlanacağın bildirir - spacetv 19/11/2014 ~ 06:31

xəbər

"Rusiya 2020-ci ilədək yenidən aqressiv rejimdə silahlanacaq".

Spacetv.az-ın Gazeta.ru-ya istinadən verdiyi məlumata görə, bunu Rusiya prezidenti Vladimir Putin deyib. Onun sözlərinə görə, ötən illərdə Rusiyanın silahlı qüvvələri inkişafda geri qalıb. Buna görə də hakimiyyət "belə aqressiv rejimdə" işləməyə məcburdur.

"Bizim "Qosoboronzakaz" çərçivəsində 2020-ci ilə qədər çox böyük sifarişimiz var. Ordu və donanma yenidən silahlanacaq", - deyə o vurğulayıb.

.../...


Həftənin videosu

video

video

video

video

Partnyorlar

CaspEnergy

SpaceTV

NETTY 2008 NOMINANTI

Əsas meyxana saytı. Главный мейхана сайт

LyngSat - Lyngemark Satellite

Xəbərlərin arxivi

 

Contact us: info@spacetv.az

Copyright by SpaceTV © 2006-2014 All rights reserved

Страница сформирована за 1.3 секунд