Teleefir
+ TV-anonslar
+ TV-proqram
+ TV-verilişlər
Qeyd olunma
  İstifadəçilər: 5517

Login:

Parol:

[ Parolunuzu unutmusuz? ]


[ Qeyd olunma ]


  Online istifadəçilər: 0
  Online qonaqlar: 28

Vebmaster-info
Təqvim

Abunə qəbulu
E-mail vasitəsi ilə saytimizdan xəbər almaq üçün, məlumat bülleteninə yazilin
yazılmaq
rədd etmək
16388 abunəçi var
Gələnlərin sayı

   cəmi

   nəfər saytda

Axtarış




İnformerlər
Click for the latest Baku / Bine Airport weather forecast.

Sorğu-sual
Neçə yaşınız var?
 
10 və daha cavan
11 - 15
16 - 22
23 - 30
31 - 40
41 - 50
51 və daha yaşlı
yekun nəticə
Sayqac

iNet Rating - ðåéòèíã èíòåðíåò ðåñóðñîâ Àçåðáàéäæàíà

Ðåéòèíã@Mail.ru

SpyLOG

Check Google Page Rank

Saytımıza xoş gəlmisiniz! SpaceTV


SpaceTV        SpaceTV        SpaceTV

                                    



Əgər verilişə canlı bağlanmaq istəyirsinizsə, göndərdiyiniz sms-lərin daxilində şəhər telefon nömrələrinizi qeyd edin



10 son xəbər



http://spacetv.az/data/newsaz.xml


Azərbaycan xalqı 20 Yanvar faciəsindən 22-ci ildönümünü qeyd edir - spacetv 20/01/2012 ~ 05:45

victims

Yeni İliniz və Dünya Azərbaycanlılarının Həmrəylik günü bayramınız mübarək! - spacetv 31/12/2011 ~ 03:30

2012!

   Yeni ilinizin – dostluqların çoxaldığı, uğurların mütəmadiləşdiyi, sevginin əsla azalmadığı, həyatın gözəlliklərlə dolu olduğu yeni bir il olmasını diləyirik.
   Ən gözəl günlər, əminamanlıq və sülh, daima Azərbaycan xalqının üzərində olsun!

.../...


Azərbaycan prezidenti İlham Əliyevin 50 yaşı tamam olur - spacetv 24/12/2011 ~ 17:41

İlham_Əliyev

   Bu gün Azərbaycan prezidenti İlham Əliyevin doğum günüdür.
İlham Heydər oğlu Əliyev 1961-ci il dekabrın 24-də Bakı şəhərində anadan olub. Orta təhsilini 1967-1977-ci illərdə Bakı şəhərində alan İlham Əliyev 1977-ci ildə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutuna daxil olub, ali təhsilini müvəffəqiyyətlə başa vuraraq elmi fəaliyyətini institutun aspiranturasında davam etdirib. 1985-ci ildə dissertasiya müdafiə edən İlham Əliyev tarix elmləri namizədi alimlik dərəcəsi alıb və 1990-cı ilədək Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunda müəllim işləyib. Gələcək dövlət başçısı 1994-2003-cü illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti, sonra isə birinci vitse-prezidenti vəzifəsində çalışıb, "Heydər Əliyevin neft strategiyası"nın həyata keçirilməsində fəal iştirak edib.

1995-ci və 2000-ci illərdə Milli Məclisə üzv seçilən İlham Əliyev 2001-2003-cü illərdə Avropa Şurası Parlament Assambleyasında (AŞ PA) Azərbaycan nümayəndə heyətinin rəhbəri olub. AŞ PA-da siyasi fəaliyyəti çərçivəsində 2003-cü ilin yanvar ayında qurumun sədr müavini və Büro üzvü seçilib. 2003-cü ildə baş nazir vəzifəsinə təyin edilməsi ilə əlaqədar İlham Əliyevin deputat səlahiyyətlərinə xitam verilib. 2003-cü il oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti seçilib və oktyabrın 31-də vəzifəsinin icrasına başlayıb. 2008-ci il oktyabrın 15-də keçirilən seçkilərdə seçicilərin 88 faizindən çoxunun səsini qazanan İlham Əliyev ikinci dəfə Azərbaycan Respublikasının Prezidenti seçilib.

Qeyd edək ki, İlham Əliyev həmçinin 1997-ci ildən Azərbaycanın Milli Olimpiya Komitəsinin prezidentidir. İdmanın və Olimpiya hərəkatının inkişafında böyük xidmətlərinə görə Beynəlxalq Olimpiya Komitəsinin ali ordeni ilə təltif edilib. Azərbaycan, rus, ingilis, fransız və türk dillərini mükəmməl bilir.

Evlidir. Üç övladı, iki nəvəsi var.

SpaceTV prezidenti İlham Əliyevi 50 illik yubileyi münasibətilə təbrik edir, dövlət başçısına uzun ömür, cansağlığı, fəaliyyətində uğurlar arzulayır.


.../...


Azərbaycan ictimaiyyəti ümummilli lider Heydər Əliyevin vəfatının səkkizinci ildönümündə Fəxri Xiyabanı ziyarət edir - spacetv 12/12/2011 ~ 17:31

8-cı_ildönümü

    Azərbaycan ictimaiyyəti dekabrın 12-də, ümummilli lider Heydər Əliyevin vəfatının səkkizinci ildönümündə, Fəxri Xiyabanı ziyarət edir.
Gün ərzində eks-prezidentin məzarını ictimai xadimlər, ziyalılar, hökumət rəsmiləri və parlament nümayəndələri də ziyarət edəcək.
Azərbaycanın son otuz ildən artıq bir dövrünü əhatə edən tarixi və taleyi Heydər Əliyevin adı ilə qırılmaz tellərlə bağlıdır. Bu illər ərzində xalqın ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəliş məhz onun adı ilə bağlıdır.
Heydər Əliyev rəhbərlik etdiyi bu dövr ərzində daim tərəqqisi üçün çalışdığı, zəngin mədəniyyəti, böyük tarixi keçmişi ilə həmişə qürur duyduğu və gələcək nəsillərinin taleyi üçün düşündüyü doğma yurdu Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxarıb.
O, böyük siyasi və dövlət xadimi, xalqın şəksiz lideri olaraq hələ sağlığında canlı əfsanəyə çevrilib, buna görə də Heydər Əliyev fenomeni həmişə diqqətləri cəlb edib, dünya azərbaycanlılarının ümummilli liderinin heyranlıq doğuracaq dərəcədə coşğun siyasi fəaliyyəti istər ölkə, istərsə də dünya mətbuatında geniş işıqlandırılıb.

.../...


Sevil Əliyevanın musiqi albomu işıq üzü görüb - spacetv 12/11/2011 ~ 04:42

S.Əliyeva

   Azərbaycan musiqi tarixində ilk dəfə olaraq Sevil Əliyevanın əsərləri MDB ölkələrinin mədəniyyəti tarixində özünəməxsus yer tutan "Universal Myuzik" kimi dünya şöhrətli şirkət tərəfindən işıq üzü görüb.

Əsərləri nəfis disk formasında hazırlanan görkəmli bəstəkar S. Əliyevanın "The Gallery Of Seville" instrumental albomunun Moskvada təqdimatı keçirilib.

S. Əliyeva "The Gallery Of Seville" albomunu atası Heydər Əliyev və anası akademik Zərifə Əliyevaya həsr edib.

Klassik və caz musiqilərinin toplandığı albomun ərsəyə gəlməsində Sergey Skripkanın rəhbərliyi altında Rusiya simfonik orkestri, dünyanın ən məşhur ifaçılarından Yuri Başmet, görkəmli saksofon ifaçısı İqor Butman birliyi iştirak edib. Albom Londonun məşhur "Əbbe Roud" studiyasında yazılıb.

"The Gallery Of Seville" albomu iki variantda hazırlanıb. Birinci variant ikidiskli konseptual bukletli albomdur. İkinci variant isə Sevil Əliyevanın atası Heydər Əliyev və anası Zərifə Əliyeva ilə birgə uşaqlıq və yeniyetməlik şəkillərinin toplandığı diskli kitabdır. Belə nəfis diskli kitab dünya şöhrətli "Universal Myuzik" şirkətində ilk dəfədir ki, buraxılır.

Moskvada İqor Butmanın caz klubunda keçirilən təqdimat mərasiminə ənənəyə uyğun olaraq "Universal Myuzik"in baş direktoru Dmitri Konnovun aparıcılıq edib.

Təqdimat mərasiminin qonaqları sırasında Leonid Mleçin, Vsevolod Şilovski, Vladimir Berezin, Natalya Daryalova, İlya və Aleksandra Buts və digər tanınmış qonaqlar olub.

"The Gallery Of Seville" albomu artıq satışdadır.

Qeyd edək ki, S. Əliyevanın Müslüm Maqomayevin ifasında səslənən "Ana", "Vozvratis, Lyubimaya" və Radmila Karaklaiçin ifa etdiyi "Budu" mahnısı hamıya yaxşı tanışdır.

.../...


Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür - spacetv 09/11/2011 ~ 18:13

Bayrağ_Günü

   Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür. Azərbaycanın üçrəngli bayrağı dövlət rəmzi olaraq Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin 1918-ci il 9 noyabr tarixli iclasında qəbul olunub.

1991-ci il fevralın 5-də Azərbaycan Ali Sovetinin qərarı ilə hazırkı üçrəngli və ay-ulduzlu bayraq müstəqil respublikamızın dövlət bayrağı elan edilib.

Azərbaycan prezidenti İlham Əliyevin 2009-cu il noyabrın 18-də imzaladığı sərəncamla 9 noyabr tarixi Dövlət Bayrağı Günü kimi qeyd olunur. Prezident həmçinin Dövlət Bayrağı Günü münasibətilə Əmək Məcəlləsinə dəyişiklik edilməsi üçün parlamentə təklif göndərib. Təklifi dəyərləndirən Milli Məclis Əmək Məcəlləsinə müvafiq dəyişiklik edib və dəyişikliyə əsasən Dövlət Bayrağı günü qeyri-iş günü hesab olunur.

.../...


Azərbaycanda Ramazan bayramı qeyd olunur - spacetv 30/08/2011 ~ 03:33

Ramazan

Azərbaycanda hərbi parad keçirilib - spacetv 26/06/2011 ~ 23:30

parad

    26 İyun - Silahlı Qüvvələr günü münasibətilə paytaxt Bakıda hərbi parad keçirilib.

Paytaxtın Azadlıq meydanında keçirilən paradı Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev qəbul edib. Paradı dövlət və hökumət rəsmiləri, qonaqlar, diplomatik korpusun təmsilçiləri, müharibə veteranları, istefada olan yüksək rütbəli hərbçilər, ictimaiyyət nümayəndələri də izləyiblər.

.../...


Azərbaycanda Milli Qurtuluş Günü qeyd edilir - spacetv 15/06/2011 ~ 19:48

MilliQurtuluşGünü

    Azərbaycanda iyunun15-i Milli Qurtuluş Günü kimi qeyd edilir.

1991-ci ilin oktyabrında Azərbaycan müstəqillik əldə etdi. Ancaq müstəqilliyin ilk illərində ölkədə daxili vəziyyət və hakimiyyət böhranı yarandı. İctimai həyatın bütün sahələrində xaos, hərc-mərclik baş alıb gedirdi. Orduda da vəziyyət ağırlaşır, fərarilik artırdı. Erməni təcavüzü gündən-günə güclənirdi. Azərbaycanda hakimiyyət boşluğu yaranmışdır. Gənc respublikada rəhbərliyə yiyələnmək üçün ayrı-ayrı şəxslər və qruplar arasında mübarizə gedirdi. 1993-cü ilin yayında Azərbaycanda vətəndaş müharibəsi təhlükəsi yarandı. Vətənin belə ağır günündə xalq Naxçıvandan Azərbaycanın görkəmli oğlu Heydər Əliyevi Bakıya dəvət etdi. Heydər Əliyev xalqın və respublikanın hakim dairələrinin təkidli dəvətini qəbul edib, iyunun 9-da Bakıya gəldi.

Heydər Əliyev çox az zamanda Azərbaycanda vətəndaş müharibəsinin qarşısını ala bildi.

1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Beləliklə, 15 iyun tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu. Xalqın tələbi ilə Milli Məclis 1997-ci ilin iyununda bu günü bayram elan etdi.

.../...


28 May - Respublika Günü! - spacetv 28/05/2011 ~ 18:41

28may

    SpaceTV Azərbaycan xalqını 28 May - Respublika Günü münasibətilə təbrik edir!

                          Hörmətli baci və gardaşlarımız!

Sizi 28 May - Respublika Günü münasibətilə səmimi qəlbdən təbrik edirik, ən xoş arzularımızı bildiririk!!!

.../...


QONAQ KİTABI - seçmə



Çàïèñü ¹317 Ozkaya 28/08/2010 ~ 15:30
    *  http://ozkaya.az

Azərbaycan Respublikası

Dövlət Mükafatı laureatı və

Əməkdar İncəsənət xadimi

Space Teleradio Şirkətinin

direktoru Vaqif Mustafayevə

Hörmətli  Vaqif müəllim!

Sizi yeni yaşınız münasibəti ilə təbrik edirəm. Rəhbərlik etdiyim “Özkaya Group” şirkətinin əməkdaşları və öz adımdan, Sizə uzun ömr, can sağlığı arzulayıram. Mən əminəm ki, Azərbaycanımızın İncəsənətinə və Azərbaycan Kino sahəsinə gətirmiş olduğunuz  fərqliliklər hər zaman Azərbaycan Gənclərinə nümunə olacaq. Rejissor və Ssenari müəllifi kimi imzanızı attığınız filmlər tariximizdə sonsuz izlər buraxmışdır. Həmçinin  rəhbərlik ettiyiniz SpaceTV və Radionun 13 il efirdə olması münasibəti ilə də tebrik edir, sizə yeni - yeni layihələr, işlərinizdə uğurlar arzulayırıq. Bir daha yeni yaşınız münasibəti ilə Sizə həyatda müvəfəqiyyətlər, işlərinizdə daim başarı arzulayırıq.

Hörmətlə,

                            Osman Gezeker

                                                                                    “Özkaya Group”un prezidenti


Sizin üçün
+ Dövlət Yol Polisi
+ Oyunlar
Reklam

reklam

reklam

Partnyorlar

Amirbek

NETTY 2008 NOMINANTI

Əsas meyxana saytı. Ãëàâíûé ìåéõàíà ñàéò

LyngSat - Lyngemark Satellite

ARTinfo - all about ART

Internet Map

Reklam

Camel Zone

SpaceTV


 

Contact us: info@spacetv.az

Copyright by SpaceTV © 2006 All rights reserved

Ñòðàíèöà ñôîðìèðîâàíà çà 0.37 ñåêóíä